İrlandiyada təyyarə qəzası baş verib, ölənlər var

İrlandiyada təyyarə qəzası baş verib, ölənlər var
03:07 7 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

İrlandiyanın cənub-şərqindəki Ueksford qraflığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən RTE telekanalı bildirib.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 5:45-də qraflığın kənd hissəsində olub. Təyyarə yerə çırpılaraq partlayıb. Qəza nəticəsində 2 nəfər həlak olub.
Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-rlandiyada-teyyare-qezasi-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR