Marketlərdən alış-veriş zamanı ƏDV-nin qaytarılması qaydası

Marketlərdən alış-veriş zamanı ƏDV-nin qaytarılması qaydası
07:12 7 Oktyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergi Məcəlləsinə görə, marketlərdən alış-veriş edərkən ödənilən məbləğin müəyyən hissəsi müştəriyə geri qaytarılırmı?

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış (neft və qaz məhsulları istisna almaqla) mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir. Vergi qanunvericiliyinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/788832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR