“Almaniya millisində layiq olduğum dəyəri görmürəm”

“Almaniya millisində layiq olduğum dəyəri görmürəm”
11:42 7 Oktyabr 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "şəhərlilər"ə transferi ilə bağlı danışıb:

"Mançester Siti"yə 2016-cı ildə transfer olundum. Həmin vaxt "Bavariya" ilə da danışıqlarımız olmuşdu, amma müxtəlif səbəblərə görə bu keçid alınmadı. "Mançester Siti"də xoşbəxtəm. Düşünürəm ki, hazırda heyətində özümü daha yaxşı hiss edəcəyim klub və birlikdə çalışacağım baş məşqçi yoxdur".

Yarımmüdafiəçi Almaniya millisindəki vəziyyətini də dəyərləndirib:

"Məncə, Almaniya millisində layiq olduğum dəyəri görmürəm. Amma zədələr səbəbiylə çox oyun qaçırdığım üçün bunu da başa düşürəm. İnsanlar turnirləri izləyərək, dəyər verirlər. Komandada, sadəcə, iki yarımmüdafiəçi üçün yer var. Müdafiə üçün Coşua Kimmix, hücumameylli olaraq isə Toni Kross oynayır. Amma komandaya daha çox fayda verəcək zehniyyətə malik olduğumu düşünürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/792200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR