Çavuşoğlu Suriyadakı əməliyyatlarla bağlı açıqlama yaydı -

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada keçirəcəkləri əməliyyatla bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqindəki terrorçuları bölgədən təmizləmək üçün əməliyyat hazırlıqlarını tamamlayıb. Əməliyyatla bağlı Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu "Tvitter" hesabından açıqlama yayıb. Bölgəni terrorçulardan təmizləyərək ölkənin təhlükəsizliyini təmin etməyə qərarlı olduqlarını deyən Çavuşoğlu qeyd edib ki, Suriyada hüzur, sülh və istiqrar olması üçün çalışacaqlar:

"Suriyadakı böhranın əvvəlindən bu günədək bu ölkənin ərazi bütövlüyünü dəstəklədik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR