Yeni mədəniyyət portalı fəaliyyətə başlayır

Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaxın günlərdə “Epiloq.az” adlı yeni elektron mədəniyyət portalının yayımına başlayacaq.

Metbuat.az xəbər verir ki, “Epiloq.az” – yerli və dünya ədəbi-mədəni prosesində baş verən mühüm hadisələri, ölkənin dil, ədəbiyyat, tərcümə, tədris və digər sahələrində yaşanan mənzərələri, mövcud problemləri operativ şəkildə işıqlandıracaq. Portalın Facebook və YouTube səhifələri bu mövzularda videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar təqdim edəcək.

Portalın baş redaktoru – tanınmış yazıçı-publisist Qan Turalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR