Bələdiyyə seçkilərinin yekun nəticələri elan olundu

Bələdiyyə seçkilərinin yekun nəticələri elan olundu
14:59 16 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticəsini elan edib.


 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində MSK bələdiyyə seçkilərinin yekununu elan etməlidir.

 

Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında bunun üçün yanvarın 17-dək vaxt ayrılıb. MSK artıq Təqvim Planında nəzərdə tutulmuş bu vəzifəni yerinə yetirib. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı Azərbaycan qəzetinin xüsusi əlavəsi dərc olunub. Əlavədə 3 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri nəticəsində formalaşmış 1599 bələdiyyəyə seçilmiş 14 963 üzvün adı yer alıb.

 

Qeyd edək ki, 23 dekabr 2014-cü il tarixində 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə 15 035 bələdiyyə üzvünün seçilməsi üçün seçki keçirilib. MSK 72 bələdiyyə üzvünün seçiləcəyi 8 bələdiyyə üzrə səsvermənin nəticələrini etibarsız sayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR