İtaliyada zəlzələ - Məktəblər təxliyə edildilər

İtaliyada zəlzələ - Məktəblər təxliyə edildilər
14:27 7 Oktyabr 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında İtaliyada zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkanlar ölkənin cənubunda Katandzaro vilayətində qeydə alınıb. Təkanların 4 bal gücündə olması barədə xəbər yayılıb.

Zəlzələ yerin 27 kilometr dərinliyində olub. Bununla belə Kalabriya şəhəri və ətrafdakı yaşayış məntəqələri hiss olunacaq qədər silkələnib, əhali təşviş keçirib. Hətta məktəblərdə dərslər dayandırılıb, təxliyə aparılıb.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/792259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR