"Oğul, səni maşına qurban vermək üçün böyütməmişəm" - FOTO

"Oğul, səni maşına qurban vermək üçün böyütməmişəm" - FOTO
14:42 7 Oktyabr 2019
144 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Bilal Əliyev Salyanda yaşayan atası ilə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, atasının istəyi ilə "Maşın" şoudan gedən müğənni bunları qeyd edib:

"Atam da, mən də sizləri salamlayırıq. Deyirəm, ata, dedin, gəldim. Niyə məni çağırdın? Qayıtdı ki, rəngin xoşuma gəlmədi, qorxdum sənə bir şey olar. Maşın gəlib-gedər, ancaq oğlumu tapa bilmərəm. Oğul, səni bu vətən üçün böyütmüşəm, bir maşına qurban vermək üçün yox. Atam deyir ki, sən orada kimdənsə səs istəyirsən, Allah sənə səslərin ən mükəmməlini verib. Başqa heç bir səs sənə gərək deyil. Mən də atama heç nə demədim, qucaqlayıb, üzündən, əlindən öpdüm".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/792264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR