Bakının mərkəzində ŞOK CİNAYƏT: Oğurlayıb işgəncə verdilər

Bakının mərkəzində ŞOK CİNAYƏT: Oğurlayıb işgəncə verdilər
16:53 7 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Metronun "28 May" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.

Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb orada avtomobildən düşürüblər.

Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/292380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR