Məciddən gözlənilməz qərar

Məciddən gözlənilməz qərar
09:37 8 Oktyabr 2019
120 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti-şousunda altıncı səsvermə keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aktyor Məcid Hüseynov olub. O, oyunda qalacağı təqdirdə qadın iştirakçılardan birini yarışmadan kənarlaşdıracağını açıqlayıb.

Veriliş boyunca iştirakçılar arasında bəzi gərginliklər yaşanıb.

Sonda M.Hüseynov 56,67 faiz səs toplayaraq yarışmada qalıb. O, aşıq Namiq Fərhadoğlunu şoudan kənarlaşdırıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə,  Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/792459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR