Rəqsanənin qızı "Maşın" şouda bu məşhurla sevgili oldu? - ETİRAF GƏLDİ - FOTO

Rəqsanənin qızı "Maşın" şouda bu məşhurla sevgili oldu? - ETİRAF GƏLDİ - FOTO
09:52 8 Oktyabr 2019
275 Şou
Ölkə mətbuatı
A- A+

Reper Qurd (Fərid Eminov) Rəqsanə İsmayılovanın qızı Aysunla sevgili olması barədə şayiələri gücləndirəcək paylaşımla diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, Qurd Aysunla maşında çəkilmiş səmimi fotosunu paylaşıb.

Lakin iddiaları artıran əsas məsələ reperin bu paylaşıma yazdığı şərh olub:

"Heç kim gələcəyi indidən deyə bilməz. Amma hal-hazırda olan status sadəcə dostluq statusudur. Bu güllər isə ona olan dəstəyimin nümunəsidir".

Qeyd edək ki, onların "Maşın" realiti-şousunda yaxınlaşması, daha sonra Qurd oyunu tərk edərkən Aysunun ağlaması iddiaları daha da gücləndirib. Aysun yarışmanın ötəngünkü buraxılışında məsələyə aydınlıq gətirib. İsmayılova repçi ilə münasibətinin olmadığını bildirib: "Mən Qurdla çox yaxın dostam. O, şou-biznesdə kişilər arasında mənə ən yaxın olan insandır. Oyunda da Qurd nə deyirdisə, onunla razılaşırdım. Çox güvəndiyim insanlardandır. Mənim heç kəsdən qorxacağım bir şey yoxdur. Olsa, açıq-aşkar deyərəm. Başqa yerə yozulmasın".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/792482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR