.

Azərbaycanda 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb

Azərbaycanda 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb
11:42 8 Oktyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+
.

Yaxın vaxtlarda açılışı gözlənilən qazlaşdırılmış yaşayış məntəqələrinin və massivlərinin adları məlum olub. 
"Azəriqaz" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, hazırda tikinti-quraşdırma işləri tamamlanmış 3 şəhər və 6 rayon üzrə 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb. 
Gəncə şəhəri S.Qazıyeva küçəsində, Məhsəti qəsəbəsindəki yeni yaşayış massivlərində, Lənkəran şəhərində yeni massivdə, Cəlilabad şəhəri Səttərxan küçəsindəki yeni yaşayış massivində, Ağdaş rayonu Yuxarı Ləki kəndində yeni yaşayış massivində, Göyçay rayonunun Mollahacılı kəndində, Şamaxı rayonunda yeni yaşayış massivində, İsmayıllı rayonunun Zeyvə, Soltankənd, Qalgah və Uştal kəndlərində, Quba rayonunun Atuc və Xırt kəndlərində, eləcə də Lerik rayonunun Peştətük kəndində yaxın vaxtlarda qaz açılışları baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-8-kend-ve-6-yeni-yasayis-massivinde-qaz-cekilisleri-tam-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR