"Dəmir parçasından ötrü balasının canına and içir"

"Dəmir parçasından ötrü balasının canına and içir"
13:42 8 Oktyabr 2019
142 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Namiq Fərhadoğlu aktyor Məcid Hüseynovun onu "Maşın" şoudan uzaqlaşdırması ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bununla bağlı video yayan sənətçi aktyoru tənqid edib. O bildirib ki, Məcid qorxduğu üçün belə addım atıb:

"Məcidin saxtakarlığı nə idi? Azərbaycan kişisi kişi kimi olmalıdır. Bir dəmir parçasına görə balasının canına and içib, söyüş söyür. Axırda da sözündən dönür. Adımı əvvəldən çəksəydi, problem deyildi. Bildi ki, mənim adımı çəksə uduzacaq. Tamaşaçılarım mənə səs verəcək və o uduzacaq. Bir dəmir parçasına görə balanın canına and içmək yaxşı deyil".

Qeyd edək ki, Məcid ötən gün səs toplayaraq, Namiqi oyundan uzaqlaşdırıb. O, əvvəldən sona kimi şoudan kimi çıxaracağını gizli saxlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/792521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR