AFFA "Sabah"ın müdafiəçisini bir oyunluq cəzalandırıb

AFFA "Sabah"ın müdafiəçisini bir oyunluq cəzalandırıb
14:37 8 Oktyabr 2019
170 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadəni bir oyunluq cəzalandırıb. 
"Report" xəbər verir ki, səbəb 22 yaşlı müdafiəçinin Premyer Liqanın VII turunda səfərdə "Qarabağ"a uduzduqları matçda sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə almasıdır. Paytaxt təmsilçisinə 200 manat cərimə də kəsilib. 
İntizam Komitəsi "Sumqayıt" və "Neftçi"ni isə hərəyə 800 manat məbləğində cərimələyib. "Gənclik şəhəri" təmsilçisinin 4 oyunçusu "Keşlə" ilə görüşdə (0:0) sarı vərəqə alıb. "Neftçi"nin 4 üzvü isə "Səbail"i məğlub etdikləri matçda eyni cəza ilə üzləşib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-sabah-in-mudafiecisine-bir-oyunluq-ceza-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR