2019-cu il Fizika sahəsi üzrə "Nobel"in qalibləri bəlli oldu

2019-cu il Fizika üzrə "Nobel" mükafatına layiq görülənlərin adları müəyyənləşib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Nobel Akademiyası bu il mükafatı 2 ayrı nominasiya üzrə 3 araşdırmaçıya verib.

Prinseton Universitetindən professor Ceyms Pibles fiziki kosmologiya sahəsindəki teorik kəşflərinə görə mükafatı qazanıb. Digər mükafatı isə Cenevrə Universitetindən professor Miçel Mayor və Kembric Universitetindən professor Didier Queloz günəş sistemi xaricində olan bir planetin günəşə bənzər bir ulduzun sahəsinə girməsinə dair kəşfləri səbəbi ilə qazanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR