Daş karxanasında faciə - Darvaza başına dəydi

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən karxanaların birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazasının qarşısında müxtəlif dərəcəli xəsarətlərlə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Y.Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Fakt araşdırılır.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR