Samir Abasov: "Ümumiyyətlə "Sumqayıt"a qayıtmaq istəmirəm"

Samir Abasov: "Ümumiyyətlə "Sumqayıt"a qayıtmaq istəmirəm"
16:27 8 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

"Bu məsələ ilə bağlı danışılası hər hansı bir şey yoxdur. Klubun rəsmi saytında hər şey elan olunub. "Zirə" öz mövqeyini bildirib. Bu olan bir şeydir. Görüşüb, danışmışıq və sonra razılığa gəldik ki, işdən çıxım". 
Bu fikirləri "Report"a açıqlamasında "Zirə" ilə yollarını ayıran Samir Abasov deyib. 41 yaşlı mütəxəsis Premyer Liqanın VII turunda "Qəbələ" ilə matçdan son belə bir söhbətin olmadığını bildirib: "Bu söhbət bu gün baş verib. Rəhbərliklə görüşdük və danışdıq".
Abasov sabiq komandası "Sumqayıt"a qayıdışının mümkünsüz olduğunu söyləyib: "Belə bir söhbət yoxdur. Ümumiyyətlə, "Sumqayıt"a qayıtmaq istəmirəm, fikrim də yoxdur. Bu gün onu düşünmürəm. Sərt şəkildə cavab vermək istəmirəm ki, belə bir şey olmayacaq. Sabahı bilmək olmaz. "Sumqayıt"ın mövqeyini də bilmək olmaz. Sadəcə bu gün üçün bu komanda haqqında ümumiyyətlə düşünmürəm. 
Məşqçi ölkə xaricində çıxış edə biləcək gücdə olduğunu sözlərinə əlavə edib: "Buna heç bir şübhə olmasın. İstər dil, istərsə də məşq baxımından. Şübhə ona olunmalıdır ki, ölkə xaricindən təklif olacaqmı? Ölkə xaricində niyə azərbaycanlı məşqçini götürsünlər? Hansı şərtlə və nəyə görə? Belə söz-söhbətlərin hamısı boşdur".
Qeyd edək ki, Abasov ötən il avqustun 29-da “Zirə”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır.   

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-abasov-umumiyyetle-sumqayit-a-qayitmaq-istemirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR