Milli Şuranın icazəli piketi başa çatıb

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısındakı razılaşdırılmış piketi başa çatıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutub. Piketdə maksimum iştirakçı sayı 50 nəfər müəyyən edilib.

Milli Şuranın bugünkü piketinə təşkilatın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar.

Bundan əlavə, bir qrup cəbhəçi aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşları onların təxribatçı cəhdlərinin qarşısını alıblar.

Çıxışlardan sonra piketin başa çatdığı elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR