Xəzərdə 4 balıqçı itkin düşüb - Axtarışa helikopter cəlb olunub

Xəzərdə 4 balıqçı itkin düşüb - Axtarışa helikopter cəlb olunub
18:05 8 Oktyabr 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzərdə 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/792628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR