“İl Tabarro” operasının tamaşası keçiriləcək

“İl Tabarro” operasının tamaşası keçiriləcək
19:22 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri "İl Tabarro" operasının tamaşası keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, ilk quruluşu 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera teatrında baş tutan tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın təfsirində səhnəyə qoyulmuşdur. Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrokdur. Həmin vaxtdan Teatrın repertuarında möhkəm yer tutan "İl-Tabarro" operası gözəl səhnə tərtibatı və kostyumları ilə də tamaşaçılarda böyük maraq doğurur.

Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi oktyabrın 19-da baş tutacaq tamaşanı idarə etmək üçün yenidən Korneliya fon Kerssenbroku dəvət etmişdir. Qeyd edək ki, almaniyalı dirijor uzun illərdir ki, Teatrımızla sıx əməkdaşlıq edir və vaxtaşırı Teatrın simfonik orkestrini bədii rəhbəri və baş dirijoru olduğu Qut-İmmlinq Opera sənəti festivalına dəvət edir.

Oktyabrın 19-da keçiriləcək tamaşada əsas rollarda Əməkdar artistlər Afaq Abbasova (Jorjetta), Fərid Əliyev (Luidji), Cahangir Qurbanov (Mikele), Əliəhməd İbrahimov (Tinka), Tural Ağasıyev (Vintitore), solistlər Nina Makarova (Frudjola), Tələt Hüseynov (Talpa) çıxış edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/792642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR