Sumqayıt Dövlət Dram Teatrında duyğulu anlar yaşandı - FOTO

Sumqayıt Dövlət Dram Teatrında duyğulu anlar yaşandı - FOTO
19:32 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Sumqayıt Dövlət Dram Teatrı hər zaman  həm kreativ layihələri ilə,  həm  də dövlətçilik, azərbaycançılıq, Azərbaycan məfkurəsinə xidməti  ilə önəmli işlər görmüş.və fərqlənmişdir. Uğurlu layihələrdən biri də  mütəmadi olaraq həftəsonu tamaşalarının nümayişidir.

Milli.Az xəbər verir ki, oktyabr ayında anşılaqla keçən həftəsonu  tamaşalarından  "Ocaq"-ın nümayişində duyğusal məqamlar  yaşandı.  Teatr kollektivi tamaşa bitdikdən sonra səbrsizliklə oğlunun hərbi xidmətini  ləyaqətlə başa vurub doğma Sumqayıta  gəlişini  gözləyən Əsgər Anasına surpriz etdi.   Vətənə xidmətdən qayıtdıqda məhz teatrda, anasının mədəni  istirahətini keçirdiyi  məkanda ona bu həyacanlı, sevincli anları yaşatmaq istəyən Azərbaycan Əsgərinin bu addımı  hər kəs tərəfindən  alqışlandı.

Qeyd  edək ki, 6 oktyabr nümayiş olunan  Turqut Özakmanın  "Ocaq" tamaşası  psixoloji dram olsa da  tamaşa sonunda baş tutan əsgərin anası ilə görüşü  tamaşaçılarda təbəssüm dolu  duyğu  yaratdı.

Teatr rəhbərliyinin  bu addımı bir daha  sübut etdi ki, teatrın qayəsi təkcə  insanları əyləndirmək,  mənəvi zövq vermək deyil, həm də  onları düşündürmək, maarifləndirmək, hər zaman Vətən və torpaq   duyğusunu, Vətən andını sədaqətlə qoruyub dövlətin yanında olmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/792643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR