Medvedev Əli Əsədovu

Rusiyanın Baş Naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

Medvedev təbrik mətnində vurğulayıb ki, Rusiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri, həmçinin ticarət, iqtisadi və investisiya əməkdaşlığı davamlı inkişaf edir, enerji, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələr həyata keçirilir.

“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, - deyə Medvedev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR