Azərbaycan gömrükçüləri ötən il 430-a yaxın cinayət xarakterli fakt aşkar edib

15:07 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 15:03 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi 2014-cü il ərzində ölkədə gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında məlumatı açıqlayıb.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində Azərbaycanda 428 cinayət xarakterli fakt aşkar edilib.

 

O cümlədən, ötən il 241 qaçaqmalçılıq faktı, 158 halda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar aşkar edilib. Məlumata görə, tutulmuş narkotik vasitələrin miqdarı 178 144,6120 qram, psixotrop maddələrin miqdarı isə 225,3120 qram təşkil edib.

 

Bu müddət ərzində 6 gömrük ödənişlərinin ödənilməsindən yayınma, 8 aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan idxal etmə, 197 digər cinayət xarakterli faktlar aşkarlanıb.

 

Hesabat dövründə 477 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb.

 

Bundan başqa, 10 382 ədəd inzibati xəta faktları aşkar edilib. O cümlədən 2 halda kənar keçirmə, 231 gizli keçirmə, 262 bəyan etməmə, 8 564 halda malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, 598 halda geri aparmama (gətirməmə), 4 halda gömrük ödənişlərindən yayınma, 15 aksiz markasız idxal təşkil edib. Qalan 757 hal isə digər xətalara aid olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR