Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
06:37 9 Oktyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Mexikonun mərkəzində, Roma ərazisində, İnsurhentes prospektində baş verib. Polis bildirib ki, taksi sürücüsü yol hərəkət qaydalarını pozaraq avtobuslar üçün ayrılmış xəttə çıxıb. Nəticəsə taksi ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində azı 14 nəfər xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün prokurorluğa aparılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-sernisin-avtobusu-qezaya-ugrayib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR