Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır
07:23 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 62,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/292535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR