"Əsgərin şücaəti" bədii filminin istehsalı davam etdirilir (FOTO)

"Əsgərin şücaəti" bədii filminin istehsalı davam etdirilir (FOTO)
15:08 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Əsgərin şücaəti" adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinin Trend-ə verilən məlumata görə, əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub və cari il mayın 9-da tamaşaçılara təqdim olunması nəzərdə tutulub. Hazırda filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır.

Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Baş rolu Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları rol alıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2354098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR