LG Azərbaycanda flaqman “MULTI V 5” havalandırma və yeni maqnetik yastıqlı soyuducu həllərini təqdim etdi (FOTO)

LG Azərbaycanda flaqman “MULTI V 5” havalandırma və yeni maqnetik yastıqlı soyuducu həllərini təqdim etdi (FOTO)
13:01 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünyanın bir çox bazarlarında uğurlu təqdimatdan sonra LG Electronics AEM Group şirkətləri ilə birlikdə yeni MULTI V 5 Dəyişkən Soyuducu Axını sistemi və Maqnetik Yastıqlı Soyuducularının Azərbaycanda başlayacaq satışı ilə bağlı elan verib. MULTI V sırasının ən yeni modeli olaraq, yeni sistem enerji səmərəliyini optimallaşdıraraq və istifadəçi rahatlığını artıraraq, bənzərsiz rasional funksionallıq təklif edir. Bu özəllikləri ilə o, yaşayış və biznes mühitləri üçün ideal seçimdir.

Təqdimat tədbirində çıxış edən “LG Electronics Gulf FZE”nin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Sanginn Lee deyib: “Azərbaycan 9 iqlim zonasına malik, bir-birinə zidd isti yay və soyuq qışın müşahidə olunduğu unikal ölkədir. Havanın dəyişkənliyi və müxtəlifliyi bu ölkəni LG-nin İVH həllərinin tətbiq etmək üçün əla məkana çevirir. Biz əminik ki, Azərbaycandakı müştərilərimiz MULTI V 5 innovativ texnologiyasından yararlana biləcəklər. Əlavə olaraq qeyd edim ki, MULTI V 5-in təqdim etdiyi enerji səmərəliyi kommunal xidmətlərdə enerji sərfiyyatını azaltmaq üçün ən yaxşı seçimdir.

LG MULTI V 5 havalandırma sistemi Azərbaycandakı tikinti layihələrinin davamlılıq və enerji səmərəliliyi tələblərini qarşılaya biləcək təkmil texnologiyalardan istifadə edir. Bu sistem performans, səmərəlilik və enerjiyə qənaət mövzularında kompromisə getmədən ən inkişaf etmiş iqlim nəzarəti həllərini təklif edir.

MULTI V 5 LG-nin innovativ və patentləşdirilmiş İkili Hiss İdarəsi (Dual Sensing Control) və Mükəmməl İnvertor Kompressoru (Ultimate Inverter Compresor) özəllikləri ilə özünü ən gərgin hava şəraitlərində belə üstün texnoloji həll kimi sübut edir. Təkmilləşdirilmiş rütubət nəzarəti, hər bir daxili qurğu üçün individual təyinat nöqtəsi, böyük tutumlu çöl qurğusu və səssiz işləmə funskiyaları MULTI V 5-i hər hansı bir məkanı isitmək və soyutmaq üçün ən yaxşı həllə çevirir. Bu innovativ sistem həm də enerjiyə qənaət və rahatlığı daha da artıraraq müxtəlif zonalarda eyni anda isitmə və soyutmanı da təmin edir.

Yerli orqanlar və sənayelərdən “yüksək səmərəli yeni nəsil soyuducular”-a olan artan tələbatı diqqətdə saxlayan LG, özünün yeni nəsil Maqnetik Yastıqlı Soyuducularını təqdim etdi. Son texnoloji nailiyyət olan bu sistem soyuduculardakı mərkəzdənqaçma kompressorları üçün yağsız və kontaktsız idarəetmə təqdim edir. Özünün yüksək sürətli daimi maqnetik mühərriki və maqnetik yastıqları ilə yeni maqnetik sistem ənənəvi mərkəzdənqaçma kompressorlarını əksinə olaraq müxtəlif sürətlərdə işləyə bilir və nəticədə enerjiyə ən az 10 faiz qənaət edir. O, AHRI şəraitlərində dünya səviyyəli COP 7.0 və 12.0 IPLV yüksək səmərəlilik imkanları təqdim edir. Mexniki kontakt və yağlanmış yastıqlarda əmələ gələn yağ itkisini aradan qaldıraraq, LG-nin yeni maqnetik sistemi ümumi enerji sərfiyyatı və təmir xərclərini əhəmiyyətli dərəcədə azaldır.

LG Electronics Havalandırma Həlləri Şöbəsi Haqqında

LG Electronics-in Havalandırma Həlləri Şöbəsi hərtərəfli, özünü sübut etmiş peşəkarlıq və performans portfelinə sahib olan qlobal İVH lideridir. 1968-ci ildə Koreyada özünün ilk məişət kondisionerini istehsal edən LG, ötən əlli il ərzində qabaqcıl texnologiyalardan strateji istifadə etmək bacarığı sayəsində ümumi İVH həlləri bazarına yol tapmışdır. Yaxşı təşkil edilmiş istehsal bazası və sənayedə lider olan istehsal həcmi ilə şirkət həm biznes, həm də yaşayış sektorunu effektiv İVH həlləri ilə təmin edir. İsitmə, ventilyasiya və havalandırma üçün geniş çeşiddə qabaqclı məhsulları ilə LG müxtəlif istifadəçilər üçün ən optimallaşdırlmış həlləri təklif edir. “Daha Yaxşı Həyat üçün İnnovasiya” şüarına uyğun olaraq, şirkət enerji səmərələliyi və etibarlılığı ilə öyünən həllər yaradır ki, həmin həllər LG-nin texnologiya möcüzəsi olan istehsal metodları və texnologiyaları ilə hazırlanır və istifadəçilər üçün ən optimal mühiti təmin etməyə hesablanır. Daha çox məlumat üçün www.LG.com.-a baş çəkin.

AEM GROUP şirkətlər qrupu haqqında

AEM GROUP şirkətlər qrupu (2003-2009-cu illər ərzində Concord AEM MMC adı altında fəaliyyət göstərib) Azərbaycan Respublikasında isitmə, soyutma və havalandırma sistemlərinin və avadanlıqlarının satışı, quraşdırılması və satışdan sonra xidməti sahəsində qabaqcıl şirkətlərdən biridir. “AEM GROUP” şirkəti 2003-cü ildə qurulub və bu müddət ərzində həm pərakəndə satış sahəsində, həm də layihələrin icrasında böyük uğurlar qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/3130343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR