Bakıda 3 nəfər bu səbəbdən öldü – DİN məlumat yaydı

Bakıda 3 nəfər bu səbəbdən öldü – DİN məlumat yaydı
13:08 9 Oktyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi ötən sutka ərzində Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, oktyabrın 8-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Faiq Atakişiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Bundan başqa dünən saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub. E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər ağır yol qəzası isə oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində qeydə alınıb. Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/292581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR