Yol ötürücüsündə temperatur tikişləri dəyişdirilir

Yol ötürücüsündə temperatur tikişləri dəyişdirilir
15:08 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Paytaxtın Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişdiyi yerdəki yol ötürücüsü bağlanıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, ərazidə aparılan işlərin Ziya Bünyadov prospektindəki yenidənqurma işləri ilə heç bir əlaqəsi yoxdur. Bağlanan yol ötürücüsü 2006-cı ilin dekabrında istifadəyə verilib. Orada temperatur tikişləri dəyişdirilir: “Həmin yol ötürücüsünün giriş və çıxışlarında iki temperatur tikişi yerləşir. Bu tikişlər müəyyən amillərin təsirinə məruz qalır və istismar prosesində əyilmələr baş verir. Buna görə onlar yenisi ilə əvəz edilir. Çünki təmirlərarası istismar müddəti ilə əlaqədar olaraq, yollarda olduğu kimi, yol ötürücülərində də temperatur tikişlərinin bir neçə ildən sonra dəyişdirilməsinə və yenilənməsinə ehtiyac yaranır”.
P.Mürsəliyev, həmçinin vurğulayıb ki, 3-4 gün ərzində “20 Yanvar” dairəsi istiqamətindəki yol açılacaq, daha sonra isə əks istiqamətdəki yol istifadəyə veriləcək. Buna baxmayaraq, hazırda köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yol_oturucusunde_temperatur_tikisleri_deyisdirilir-825286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR