Dünya birliyinə bir daha bəyan oldu ki... - Deputat

Dünya birliyinə bir daha bəyan oldu ki... - Deputat
15:08 9 Oktyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı son dərəcə tarixi və müdrik çıxışının bu qədər geniş müzakirə olunması xalqla prezidentin birliyinin vəhdəti kimi yüksək dəyərləndirilməlidir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun təşəbbüsü ilə "Qarabağ Azərbaycandır" hərəkatının yaranması aktuallığı ilə seçilir: "Bu, vahid lider ətrafında milli birliyimizin, Qarabağ uğrunda birgə mübarizəmizin, haqqı tapdanan xalqımızın dünyaya mesajının və beynəlxalq aləmdə hələ də hökm sürən ikili standartlara etirazımızın göstəricisidir. Dünya birliyinə bir daha bəyan oldu ki, Azərbaycan haqq yolunda sona qədər mübarizəsini davam etdirəcək. Ümid edirəm ki, xalqımızın bütün vətənpərvər övladları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu hərəkatın fəal iştirakçısı olacaq".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/292597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR