Cüdoçularımız dünya reytinqində

Cüdoçularımız dünya reytinqində
16:37 9 Oktyabr 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (İnternational Blind Sport Association - İBSA) 2019-cu il üçün para cüdoçuların son reytinqini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu reytinq xalları "Tokio 2020" yay paralimpiya oyunlarına qatılma şanslarını müəyyənləşdirir.

Hazırkı reytinq 2018-ci ildən bu günə qədər keçirilmiş Dünya Çempionatı (Portuqaliya 2018), Bakı Qran-Prisi (Azərbaycan 2019), "İnternational Qualifier 2019" (ABŞ 2019), Avropa Çempionatı (İtaliya 2019), Asiya və Okeaniya Çempionatı (Qazaxstan 2019) və Özbəkistan Qran-Prisi (Özbəkistan 2019) yarışlarının nəticələrinə əsasən müəyyənləşib.

Kişilərin reytinqində idmançılarımız yaxşı nəticələr göstəriblər:

Cüdoçumuz Vüqar Şirinli 60 kq çəki dərəcəsində reytinq cədvəlinin 5-ci yerində qərarlaşıb.

-66 kq çəki dərəcəsindəki idmaçılarımız Bayram Mustafayev və Namiq Abbaslı müvafiq olaraq 4 və 5-ci yerləri bölüşüblər.

-73 kq çəki dərəcəsində yarışlara qatılan idmançımız, Paralimpiya çempionu Ramil Qasımov öz çəki dərəcəsində reytinq cədvəlinin 3-cü yerinə layiq görülüb.

-81 kq çəki dərəcəsindəki idmançımız Hüseyn Rəhimli 5-ci yeri özünə təmin edib.

-90 kq çəkidə yarışan para cüdoçumuz Rövşən Səfərov 7-ci yerdə qərar tutub.

-100 kq çəki dərəcəsində yarışlara qatılan idmançımız Kənan Abdullaxanlı öz çəki dərəcəsində 7-ci yerdə qərarlaşıb.

+100 kq çəkidə yarışan para cüdoçumuz, ikiqat paralimpiya çempionu İlham Zəkiyev öz çəki dərəcəsində 4-cüdür.

Reytinq cədvəlinə əsasən, qadınlar arasında 48 kq çəki dərəcəsində Şahanə Hacıyeva 4-cü yerdə qərarlaşıb.

-52 kq çəki dərəcəsində yarışan para cüdoçularımız Bəsti Səfərova 8-ci yerdə, Səbinə Abdullayeva isə 9-cu yerdə qərarlaşıb.

-57 kq çəki dərəcəsində yarışan idmançımız Sevda Vəliyeva reytinq cədvəlinin 4-ci pilləsində qərarlaşıb. Eyni çəki dərəcəsindəki digər idmançımız, paralimpiya çempionu Afaq Sultanova 5-ci yeri özünə təmin edib.

- 63 kq çəki dərəcəsində yarışan qadın idmançımız Xanım Hüseynova öz çəki dəcəsindəki idmançılar arasında 5-ci yerdə qərar tutub.

-70 kq çəkidə Zülfiyyə Hüseynova öz çəki dərəcəsindəki 6-cı yeri özünə təmin edib.

+70 kq çəkidə yarışan para cüdoçumuz Dürsədəf Kərimova öz çəki dərəcəsinin 5-cisi olub.

Reytinq nəticələrinə əsasən qeyd etmək olar ki, para cüdo üzrə Azərbaycan yığma komandasının "Tokio 2020" Paralimpiya Oyunlarında bütün çəki dərəcələrində təmsil olunmaq şansları çox yüksəkdir.

Gələn ilin aprel ayında keçiriləcək "London 2020" və may ayında baş tutacaq "Bakı 2020" qran-pri yarışlarından sonra yekun reytinq xalları müəyyənləşəcək. Bununla da "Tokio 2020" paralimpiya oyunlarına lisenziya xalları qazanan idmançıların tam siyahısı bəlli olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/792867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR