Arvadına 18 bıçaq zərbəsi vurub öldürdü - Bakıda daha bir dəhşət

Arvadına 18 bıçaq zərbəsi vurub öldürdü - Bakıda daha bir dəhşət
17:12 9 Oktyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 39 yaşlı İlham Əkbərov Nizami rayonunda yaşadığı evdə arvadı, 36 yaşlı Cəvahiri qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Onun arvadına 18 bıçaq zərbəsi vurduğu bildirilir. İ.Əkbərov hadisə yerindən qaçaraq Şəkiyə gedib. Nizami və Şəki polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev 20 bıçaq zərbəsi vuraraq arvadı Leyla Abdullayevanı qətlə yetirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/792950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR