Azərbaycanda ən populyar avtomobillər hansılardır?

Azərbaycanda ən populyar avtomobillər hansılardır?
19:27 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub.

Milli.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib:

"Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".

Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil "Range Rover" avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq "Moskviç" avtomobilidir.

O əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycanda avtomobillərin orta qiyməti 50 975 manat təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/avto/792977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR