Gəncədə top mərmisi aşkarlanıb

Gəncədə top mərmisi aşkarlanıb
01:12 10 Oktyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu il 9 oktyabr tarixində saat 22:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsində yerləşən “Şam marketin” yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 152 mm-lik top mərmisi (F-534) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/gencede-top-mermisi-askarlanibsdafyhurn

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR