Rusiyada övladları papiros çəkən valideynlər həbs və ya cərimə edilə bilər

Rusiyada övladları papiros çəkən valideynlər həbs və ya cərimə edilə bilər
08:17 10 Oktyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada övladları papiros çəkən valideynlər üçün cərimələr tətbiq edilə bilər.
"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, hökumət artıq bununla bağlı inzibati cəza növlərini müzakirə edir. Söhbət belə övladları olan valideynlərə xəbərdarlıq edilməsindən, onların cərimə, hətta həbs olunmasından gedir.
"İnzibati Qanun Pozuntuları Kodeksi"nə yeni redaksiyanın daxil edilməsi ideyası Qanun Pozuntularının Profilaktikası üzrə Hökumət Komissiyasının iclasının protokolunda qeyd edilib. Sənəd komissiyanın başçısı Vladimir Kolokolsev tərəfindən imzalanıb.
Yeniliklər 2021-ci ildə qüvvəyə minə bilər.
Bu gün Rusiyada yeniyetmələrin 10 faizi siqaret çəkir. Dövlət Dumasına problemin həlli üçün 2009-cu və 2014-cü illərdə analoji qanun layihələri təqdim edilib. Amma qanun layihələri hökumətin dəstəyini qazanmayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-ovladlari-papiros-cekenler-hebs-ve-ya-cerime-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR