Sabunçuda bədbəxt hadisə: 19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü

Sabunçuda bədbəxt hadisə: 19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü
10:27 10 Oktyabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/793035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR