Aktrisalar arasında dava: “Sən heç kimsən”

Aktrisalar arasında dava: “Sən heç kimsən”
10:57 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Ötən gün "Maşın" realiti şounun gedişi zamanı daha bir qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu dəfə Xalq artisti Fatma Mahmudova və aktrisa Zümrüd Qasımova arasında gərginlik yaranıb.

F.Mahmudova Zümrüdü hörmətsizlik etməkdə günahlandırıb:

"Mənimlə heç kim kəllə kəlləyə gəlməsin. Heç kimlə işim yoxdur. Özümə qarşı olan hörmətsizliyə görə bir nəfərdən üzümü çevirmişəm. Sən kimsən? Mənim üçün heç kimsən".

Bu zaman Z.Qasımova "Mən beş nəfərdən üzümü çevirmişəm. Ayıb olsun, bu da sizin böyüklüyünüz. Siz mənimlə belə danışa bilmərsiniz, Fatma xanım" deyə, cavab verib.

F.Mahmudova isə ona bu sözlərlə qarşılıq verib:

"Sənə ayıb olsun ki, özündən böyüyə "ayıb olsun" deyirsən, mən yaşda qadını ayaq üstdə saxladın. Oturmusan, demirsən ki, gəl otur. Mən necə ürəyə malik insanam. Yıxılana balta çalmıram. O, mənim gözümdə artıq ifritdir. O qədər sevdiyim insan hörmətsizliyinin qurbanı oldu".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/793041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR