“Toyuma 38 min xərcləmişdim” – Kərim

“Toyuma 38 min xərcləmişdim” – Kərim
15:16 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Kərim Abbasov toyuna xərclədiyi pulun məbləğini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Xəbərsizsinizmi” verilişinin qonağı olan sənətçi məclis üçün 38 min manat xərc çəkdiyini deyib:

“Toyumda hədsiz çox pul xərclədim. Bu məbləğ təkcə şadlıq evinə verilməyib. Gəlin maşını, xanımın saç düzümü, makiyajı, geyimi, şadlıq sarayındakı atəşfəşanlıq pul aparır. Gələn qonaqların yazdırdığı pul xərcimi ödəmədi, ziyana düşdüm. Amma buna görə pis olmuram. Toyu özüm üçün etdim, bu, mənim günüm idi. Ürəyim necə istədisə, elə də oldu. Menyu 120 manat idi”.

Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailə qurub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR