Azərbaycanın iki şəhərinə gecələr avtobus reysləri olacaq

Azərbaycanın iki şəhərinə gecələr avtobus reysləri olacaq
12:22 10 Oktyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 18-dən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. 
Bu barədə “Report”a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Məlumatda deyilir ki, Şəki istiqamətinə sərnişin tələbatının həddindən artıq çox olması həmin istiqamətə gecə reysinin nəzərdə tutulan vaxtdan daha tez bərpa olunmasına zəmin yaradıb.
Avtobuslar hər gün Bakıdan Mingəçevirə 23:30-da, Mingəçevirdən Bakıya 01:00-da, yola düşəcək.
Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanin-iki-seherine-geceler-avtobus-reysleri-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR