DİN Yevlaxdakı qətllə bağlı məlumat yaydı

DİN Yevlaxdakı qətllə bağlı məlumat yaydı
12:33 10 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Yevlax rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 9-da saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax RPŞ-yə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/292681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR