Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər

Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər
13:15 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Kəmalə Məmmədli - Trend:

AzərbaycanTürkiyə preferensial ticarət barədə sazişin layihəsini hazırlayır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu cür saziş artıq Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında imzalanıb. Bu sazişə əsasən Naxçıvan MR-dən Türkiyəyə məhsullar güzəştli şərtlərlə tədarük olunacaq.

Nazir müavini əlavə edib ki, Naxçıvan MR-in blokada vəziyyəti ilə əlaqədar regionun iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatından fərqlənir:

“Bununla əlaqədar olaraq yeni sazişin özünəməxsus xüsusiyyətləri olacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3131020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR