Aparıcının 4 yaşlı oğlu canlı yayımda anasını pərt etdi - VİDEO - FOTO

Aparıcının 4 yaşlı oğlu canlı yayımda anasını pərt etdi - VİDEO - FOTO
13:42 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl BBC-nin efirində baş verən maraqlı anlar bu dəfə "NBC News"un studiyasında yaşanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Courtney Kube-un aparıcılıq etdiyi əsnada studiyaya uşaq daxil olduğuna görə yayım yarımçıq kəsilib.

4 yaşlı uşağın studiyaya girdiyini görən aparıcı ciddiliyini qoruya bilməyib və gülməyə başlayıb. Olay aparıcının "Türkiyə ordusu Suriyaya daxil oldu" xəbərini çatdıran zaman baş verib.

"Üzr istəyirəm, bağışlayın məni. Azyaşlı oğlum kadrlara daxil oldu, canlı yayımdır...", - deyə aparıcı söyləyib.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR