Azərbaycanlı qadını aldadıb fahişə etdilər

Azərbaycanlı qadını aldadıb fahişə etdilər
15:16 16 Yanvar 2015
223 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı qadınları zorla fahişəliyə cəlb edən şəxslər saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bir qrup şəxs Adanada internetdən tanış olduqları azərbaycanlı 2 qadını uşaq baxıcılığı etmələri adı ilə Türkiyəyə gətirdib. Daha sonra həmin qadınları təhdidlə fahişəlik etdirən 4 nəfər ələ keçirilib.

Azərbaycanlı qadınlardan başqa daha bir qadının da fahişəliyə məcbur edildiyi məlum olub. Şəbəkənin digər bölgələrdə də qollarının olduğu məlum olub. Təhlükəsizlik orqanları bu əməliyyatı həyata keçirmək üçün həmin dəstəni 6 ay təqib edib.

Polisə ifadə verən dəstə üzvləri etdikləri əməllər barədə danışıblar: "Uşaq baxıcılığı işi adı ilə qadınları Türkiyəyə gətirik. Onlara yaxşı maaş veriləcəyini deyirdik".

Polisə ifadə verən azərbaycanlı qadınlar isə çox çətin şərtlərdə yaşadıqlarını bildiriblər. İnternetdə tanış olduğu adamın onlara yüksək maaş vəd etdiyini deyən qadınlar həmin şəxslərin təyyarə biletini də göndərdiyini söyləyiblər. Bətanət Həsənova Türkiyəyə gəldikdən 2 gün sonra şəbəkənin tələsinə düşdüyünü deyib:

"Uşağım xəstə olduğu üçün bura pul qazanmağa gəldim. Mənə uşağa baxacaqsan demişdilər, ancaq fahişəlik etdirdilər. Əvvəl etmək istəmədim, amma məcbur olduğum üçün səsimi çıxarmayıb etdim".

Qadınları fahişəliyə cəlb edən şəxslər isə məhkəməyə çıxarılıb və haqlarında həbs qəti imkan tədbiri seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR