Azərbaycanlıları ziyarətə aparan avtobus yandı

Azərbaycanlıları ziyarətə aparan avtobus yandı
14:38 10 Oktyabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus elektrik naqillərinin toxunması nəticəsində yanıb.

Bunu İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri deyib.

İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın yaralanıb. Yanğın nəticəsində avtobusun 30%-i yanıb. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/292697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR