Türkiyənin "Sülh Çeşməsi" hərəkatı davam edir -

Türkiyə Silahlı Qüvvələrinin "Suriya Milli Ordusu" və Suriyanın şimalında YPG/PKK və DAEŞ terror qruplaşmalarına qarşı aparılan "Sülh Çeşməsi" hərəkatı 2-ci günündə həm qurudan, həm də havadan davam edir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hərəkat çərçivəsində terrorçu mövqeləri gecə saatlarına qədər atəşə tutulub. Səhər saatlarında da atəş davam edərkən bölgədən duman yüksəldiyi müşahidə edilib.

Tel-Abyad və Resulayndakı hədəflərin havadan məhv edilməsindən sonra dünən saat 22:00 radələrində quru qoşunları da hərakata qatılıb. Bölgəyə göndərilən hərbi maşınlarla sərhəd divarları qaldırılıb.

Verilən məlumatlara görə, bölgədəki birliklər elektron olaraq işarələnən kordinantlar vasitəsi ilə lazimi bölgələri atəşə tuturlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərəkatın başlamasından bu yana 109 terrorçu öldürülüb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR