YAP-da “Qarabağ Azərbaycandır” Münaqişənin həlli perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib

YAP-da “Qarabağ Azərbaycandır” Münaqişənin həlli perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib
15:57 10 Oktyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Qarabağ Azərbaycandır” Münaqişənin həlli perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Əli Əhmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır: “Ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvana ciddi mesajlar göndərib.
Baş Nazirin müavini bu ideya ətrafında birləşməyin vacib olduğunu qeyd edib.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, ölkə başçısı “Valday” beynəlxalq diskusiya klubunda “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə bütün dünyanı düşündürən çıxış etdi: “Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir. Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər".
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da çıxışında bu bəyanatı yüksək qiymətləndirib. O deyib ki, bu ideya ətrafında təşkilatlanmaq lazımdır.
Parlamentin deputatları Bəxtiyar Əliyev, Aqil Abbas, Elman Nəsirov, Hikmət Babaoğlu, Fazil Muatafa "Qarabağ Azərbaycandır" şüarı altında birləşməyin vacib olduğunu bildiriblər.
















Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/yap-da-qarabag-azerbaycandir-munaqisenin-helli-perspektivleri-movzu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR