Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək

Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək
16:52 10 Oktyabr 2019
105 İdman
Ölkə mətbuatı
A- A+

"Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları gənc idmançılara öz bacarıqlarını göstərməyə və böyük yarış təcrübəsi yığmağa imkan verəcək!".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O bildirib ki, həm bədii, həm də aerobika gimnastikası üzrə yarışlar bir neçə yaş qrupunda keçəcək. Bu, kiçik yaş qruplarında liderlərin müəyyən olunmasını və böyük yaş qruplarına keçirilməsini təmin edəcək.

N.Məmmədzadə əlavə edib ki, Azərbaycanın 17 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir və Azərbaycan Gimnastika Federasiyası bu növ üzrə Bölgələr Kubokunu altıncı dəfə təşkil edir.

Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR