Azərbaycanın gənc gimnastı: Çempion olmağı arzulayıram

Azərbaycanın gənc gimnastı: Çempion olmağı arzulayıram
18:15 10 Oktyabr 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

İdmanda böyük uğurlar əldə etməyi arzulayıram.

Bunu Trend-ə bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı, İsmayıllıdan olan gənc gimnast Ayan Orucova deyib.

O, gimnastikanı özünün seçdiyini deyib:

“Valideynlərim isə məni dəstəkləyib. Mən gələcəkdə çempion olmağı, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməyi arzulayıram”.

İdmançı bildirib ki, o, Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda təkcə iştirak etməkdən yox, həm də bu yarışları izləməkdən zövq alır.

Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3131275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR