Azərbaycanda sağlamlıq turizminin inkişafı nəzərdə tutan memorandum imzalanıb (FOTO)

Azərbaycanda sağlamlıq turizminin inkişafı nəzərdə tutan memorandum imzalanıb (FOTO)
15:18 16 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gün Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası (ASTTDA) arasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uzunmüddətli əməkdaşlıq və assosativ üzvlük haqqında memorandum imzalanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, memorandum AzTA-nın idarə heyətinin sədri Nahid Bağırov və ASTTDA-nın sədri Ruslan Quliyev tərəfindən imzalanıb.

Memorandumun imzalanmasında əsas məqsəd turizmin inkşafına töhfə vermək, turizm təşkilatları arasında əməkdaşlığı inkşaf etdirmək, Azərbaycanın sağlamlıq turizmi imkanlarını xarici ölkələrdə tanıtdırmaq, turizmin bu növünü muasir tələblərə uyğun formalaşdırmaq və səmərəli tərəfdaşlıq etməkdən ibarətdir.

Bu əməkdaşlıq Azərbaycanda sağlamlıq turizminin inkşafında, xarici turistlərin və yeni investisiyaların cəlb olmasında mühüm rol oynayacaq.

Həmçinin, 2015-ci ildə birgə fəaliyyət planına uyğun olaraq, səmərəli əməkdaşlıq nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR