Android-in atası televizor pultuna oxşar yeni Essential Phone-u paylaşdı

Android-in atası televizor pultuna oxşar yeni Essential Phone-u paylaşdı
21:17 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Essential Products-ın qurucusu və Android-in atası olaraq bilinən Andy Rubin, şirkətinə aid yeni telefonun görüntülərini paylaşdı. Rubinin "GEM" kod adı ilə paylaşdığı smartfon televizor pultunu xatırladır. Ancaq Rubin, telefonun cihaz xüsusiyyətləri və buraxılış tarixi haqqında məlumat verməkdən imtina etdi.

Milli.Az techland.az-a istinadən bildirir ki, televizor pultuna bənzərliyi ilə diqqət çəkən GEM-in istehsalçısı Essential Products-dır. Telefon əvvəllər gördüyümüz heç bir smartfona bənzəmir. Olduqca uzun və nazik olan GEM, Android ilə işləyir. Ancaq bu telefonun ümumi görünüşü adi ekran görünüşlərindən tamamilə fərqlidir. Bunun səbəbi, tətbiqlərin tək-tək sıralanmasıdır.

Rubin deyir ki, bu smartfon rəngini daim dəyişən xüsusi bir materialdan hazırlanmışdır. GEM ilə bağlı açıqlamalarını Twitter'ə yüklədiyi bir video ilə bölüşən Rubinin dediklərində doğru olduğunu başa düşmək olar. GEM fərqli bucaqlardan baxıldıqda fərqli rənglərdə görünür.

GEM-in texniki xüsusiyyətləri məlum deyil. Görüntülərdə aydın görünür ki, bu telefonun arxasında böyük bir sensordan ibarət kamera var. Ancaq bu kameranın texniki xüsusiyyətləri hələlik məlum deyil. Rubin, telefonun aparat xüsusiyyətləri barədə hər hansı bir məlumat verməkdən imtina etdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR